• 29 Aprel 2025 17:34

Məsud Pezeşkianın Bakı səfəri Rusiya ilə İran arasında imzalanmış “Hərtərəfli strateji tərəfdaşlıq sazişinin” tərkib hissəsidir.

İran prezidenti Məsud Pezeşkianın Bakı səfəri Rusiya ilə İran arasında 17 Yanvar 2025 ildə imzalanmış “Hərtərəfli strateji tərəfdaşlıq sazişinin” tərkib hissəsidir.

 

Rusiya İrana 55 milyard kubmetr qaz ixrac etmək, yeni nüvə elektrik stansiyası tikmək, İranı Avrasiya İqtisadi birliyinə qoşmaq istəyir.

Təbii ki,bütün bunlar üçün Azərbaycan İran əlaqələri prosesə uyğunlaşdırılmalıdır.

 

Qumun irticai rejimi xalqın azadlıq, demokratiya çağırışlarını manipuliassiya etmək üçün Məhəmməd Hatəmini, Ruhanini prezident seçilməsinə imkan verməklə onun əli ilə geniş xalq kütlələrinin etirazlarlnı, tələblərini azdıraraq özünü qoruyub saxlaya bildi.

İndi də eyni senari ilə ölkədə yaşayan Türklərin milli hisslərini manipuliassiya edərək özünün irtica rejimini oxuyub saxlamaq yaranmış milli etiraz dalğasını ötüşdürmək istəyir.

 

Cənab Pezeşkian olduqca zəif, cəsarətsiz prinsipial iradəsi olmayan bir liderdir.

Məsələn o cənab Cavad Zərifə nisbətdə qat-qat zəif və iradəsiz biridir. Şəhriyarın şerləri üzərindən Türklərin milli hislərini manipuliasiya edib sadə və cahil kütlələri rejimə qarşı dirənişdən yayındırılmaslnda müstəsna xidmətlər göstərir.

İran rejimi azadlıq, demokratiya, haqq hüquq tələb edən onlarla insanı hər gün edam edir.

 

Amma İran hakimiyyət orqanlarının bilavəstə rəhbərliyi və təşkilatçılığı ilə rəsmən Azərbaycan ərazisi sayılan səfirliyimizə hücum edərək qətl törətmiş bir qatili hələdə bu ya digər şəkildə cəzadan yayındırır. Əliyev Kremilin, Putinin strateji xəttinə tam olaraq sadiqdir və Kremlin müəyyən etdiyi konkret plana uyğun ardıcıllıqla hərəkət edir.

Buna qarşılıq ölkənin büdcə gəlirlərinin 80 faizindən çoxunu təmin edən Avropa Birliyi ilə münasibətlərdə isə bu ölkələrə göstərdiyi əməkdaşlığın 4/1  belə etmir.

Avropa ilə münasibətləri sahmana salmaqdan hər vəchlə yayınır.

 

Niyə?

Ona görə ki, hər üç ölkədəki rejimlər xalqlarını deyil özlərinin irtica rejimlərinin bir-birinə söykənərək qurtarmağa çalışırlar.

Amma bütün bunlar tarixin məntiqi proseslərini dəyişə bilməz, bütün anti-xalq rejimlər sürətlə dəyişəcək, onları kimsə xilas edə bilməyəcək.

 

Murad Sultanlı

Tacxeber.com

Oxşar xəbərlər