Nəsimi rayonunda nə baş verir?-Gülarə Verdiyevanın GİZLİ PLANI…
8 aya yaxındır ki, icra başçısı postu boş qalan Nəsimi rayonu əslində bu gün əsl XARABALIĞI XATIRLADIR… Bunu elə yerli KİV-də günü-gündən ictimailəşən neqativ xarakterli faktlardan da sezmək mümkündür. Hər halda, hər biri Nəsimi rayonuna aid olan bu faktlar icra başçısı postu boş qalmış Nəsimi rayonu ilə bağlı ictimai rəydə müsbət təəssürat yaratmır…
“DİA-AZ” xatırladır ki, elə keçən günlərdə sözügedən rayon ərazisində yaşıllığın vəhşicəsinə məhv edilməsi ölkə mediasında böyük rezonans doğurdu. Amma təbii ki məhz BAŞÇININ olmaması səbəbindən bu fakt sanki ört-basdır edilmiş kimi göründü… Əslində isə reallıq tamam başqadır…
Bu barədə “DİA-AZ”a danışan mənbə iddia edir ki, hazırda Nəsimi rayonundan sorumlu icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Gülarə Verdiyevadır. Mənbə bildirir: