Çindən dünyaya çağırış: ABŞ qarşısında diz çökməyin!

Çin Xarici İşlər Nazirliyi, ABŞ-nin tarifləri artıraraq başlatdığı ticarət müharibəsinə qarşı digər ölkələri də Çinin yanında olmağa çağıran bir təbliğat videosu yayımlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Çin XİN-in WeChat hesabında ingilis dilində yayımlanan “Heç vaxt diz çökmə” başlıqlı videoda ABŞ-nin başlatdığı qlobal tarif fırtınasının tələ olduğu iddia edilir.
“Bir tirana boyun əymək susuzluğunuzu yatırtmaq üçün zəhər içmək kimidir. Bu, böhranı daha da dərinləşdirəcək”, – videoda qeyd olunub.
Bildirilir ki, Çin bu təzyiq altında əyilməyəcək, dik durmaq gələcək əməkdaşlıq imkanlarını yaşadacaq və diz çökməməklə bu ehtimalı məhv edəcək.
Videoda imperialistlərin həmişə təkəbbürlü olduqları və yalnız buna məcbur olduqları zaman ağlabatan davrandıqları ifadə edilib.