• 01 May 2025 02:01

Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ

Braziliyadan olan 38 yaşlı məşhur falçı və ekstrasens Atos Salome daha öncə “qaranlıq üç gün” proqnozu ilə gündəmə gəlmişdi. O, bu dəfə 2025-ci ilin sonuna dair daha qorxulu bir proqnozla çıxış edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

 

Gələcək üçün xəbərdarlıq: “Bu, yalnız başlanğıcdır”

 

Salome bildirir ki, Avropanın bəzi bölgələrində – İspaniya, Fransa və Portuqaliyada baş verən enerji böhranı sadəcə bir “repetisiya” olub. Onun sözlərinə görə, qarşıdan gələn illərdə bu kimi hadisələr daha geniş və strateji şəkildə baş verəcək.

 

Falçının iddiasına görə, bu kəsilmələr texniki nasazlıq deyil, “səssiz kibermüharibənin” ilk mərhələsi olub. “Artıq müharibə yalnız fiziki silahlarla aparılmır. Yeni döyüş sahəsi – fiber-optik kabellər, peyklər və müasir həyatın dayandığı sistemlərdir”, – deyə o xəbərdarlıq edir.

 

Qlobal miqyasda texnoloji çöküşlər gözlənilir

 

Onun sözlərinə görə, növbəti enerji və informasiya böhranları aşağıdakı tarixlərdə baş verə bilər:

 

İyun-Avqust 2025: Şimali Amerikada,

 

Oktyabr 2025: Yaponiyada və Cənubi Koreyada,

 

Dekabr 2025: San-Paulu və Mexiko kimi Latın Amerikası şəhərlərində.

 

Salomenin sözlərinə görə, bu hadisələr eyni anda yox, ardıcıl və planlı şəkildə baş verəcək. Məqsəd – cəmiyyətlərin davamlılığını və stresə dözümlülüyünü yoxlamaqdır.

 

“Qaranlıq günlər” informasiya blokadası olacaq

 

Falçı daha əvvəl dediyi “üç gün qaranlıq” ifadəsinin sözün əsl mənasında fiziki qaranlıq yox, informasiya və əlaqə blokadası olduğunu dəqiqləşdirib:

 

“İnternet çökəcək, peyklər dayanacaq, rabitə xətləri kəsiləcək. İnsanlar ətrafda nə baş verdiyini bilməyəcəklər”.

 

O, həmçinin Çinin, Rusiyanın və Silikon Vadisindəki özəl şirkətlərin elektromaqnit impuls (EMP) texnologiyası üzərində çalışdığını qeyd edib. Bu texnologiya elektron sistemlərə hücum edərək, mərkəzi bankları, birjaları və bank hesablarını bir anda sıradan çıxara bilər.

 

Salomenin fikrincə, belə bir hücumun ilk dalğası artıq sentyabr 2025-də baş verə bilər və bu, ABŞ və Avropada ani ödəniş sistemlərinin çökməsinə, nəticədə isə maliyyə panikasına səbəb olacaq.

 

Ən təhlükəli və nisbətən təhlükəsiz bölgələr

 

O, yüksək risk altında olan bölgələrə London, Paris, Berlin, Nyu-York, Tokio və Təl-Əviv kimi şəhərləri aid edir. Nisbətən daha təhlükəsiz hesab etdiyi yerlər isə İspaniyanın daxili bölgələri, Portuqaliya, Braziliyanın bəzi əraziləri, Yeni Zelandiya və Kanadanın müəyyən hissələridir.

 

Atos Salome tövsiyə edir ki, 2025-ci ilin oktyabrından 2026-cı ilin mart ayına qədər böyük şəhərlərdən uzaq durmaq lazımdır. Bu dövr həmçinin Günəş aktivliyinin maksimum səviyyəyə çatacağı zamanla üst-üstə düşür və bu da texnoloji sistemlərə əlavə təsir göstərə bilər.

 

Salomedən həyatda qalmaq üçün tövsiyələr:

 

Alternativ enerji və rabitə mənbələri əldə edin,

 

Ərzaq və içməli su ehtiyatı saxlayın,

 

Yerli icmalarda qarşılıqlı dəstək şəbəkələri yaradın,

 

Emosional intellekt və çevik düşüncə qabiliyyəti üzərində işləyin.

 

Salome bundan əvvəl də səs-küylü proqnozlarla gündəmə gəlib. O, koronavirus pandemiyasını, Kraliça II Yelizavetanın ölümünü və Şahzadə Harrinin həyat yoldaşı haqqında bəzi qeyri-adi öncəgörmələr etmişdi.

 

Qeyd edək ki, astrologiya, numerologiya, tarot, xiroskopiya və digər bu kimi praktikalar elmi sahələr deyil. Onlar qədim inanclara və subyektiv yozumlara əsaslanır, elmi cəhətdən sübut olunmayıb və qərarvermə üçün etibarlı əsas hesab edilmir. Psixoloji və sağlamlıqla bağlı məsələlərdə hər zaman mütəxəssisə müraciət olunmalıdır.

(Milli.az)

Tacxeber.com

Oxşar xəbərlər