O Kanadanın ilk türk millət vəkili oldu
Kanadada növbədənkənar ümumi seçkilər başa çatıb. Kanadanın rəsmi və müstəqil seçki qurumu “Elections Canada” tərəfindən paylaşılan ilkin nəticələrə görə, hakim Liberal Partiyası 43,5 faizi səslə qalib gəlib.
Tacxeber.com xəbər verir ki, Oakville Vest bölgəsində Liberal Partiyasının namizədi kimi iştirak edən Şima Açan Kanada parlamentinə seçilən ilk türk millət vəkili olub.
Açan seçkidə qalib gəldikdən sonra “Kanadanın türkcə səsi” kanalına açıqlama verərək türkcə bilən, türklərin dərdindən xəbərdar biri kimi Kanada parlamentinin üzvü olmaqdan çox həyəcanlı olduğunu bildirib. O, texnoloji və iqtisadi sahədəki inkişaflar üçün çalışmaq istədiyini qeyd edib.