“Atam olduqca qəribədir” – Qızı Bill Qeytsin xəstəliyindən DANIŞDI
Amerikalı milyarder Bill Qeytsin qızı Fibi Qeyts atasına autizm spektri pozğunluqlarından (ASD) biri olan Asperger sindromu diaqnozu qoyulduğunu açıqlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
“Atam sosial baxımdan olduqca qəribədir. Dediyi kimi, Asperger sindromu var”, – Fibi Qeyts bildirib.
Bill Qeyts özü belə bir diaqnozun olduğunu açıq şəkildə bildirməyib. Xatirələrində o, uşaqlıqda ASD diaqnozu qoyulmuş ola biləcəyini qeyd edib.