Böyük Razılaşma: Rusiya ya təslim olacaq, ya da… – Markov

Böyük Razılaşma və atəşkəs. ABŞ və Ukrayna arasındakı Böyük Razılaşma sülh danışıqları ətrafındakı siyasi vəziyyəti dəyişdirir.
Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
Politoloq razılaşmanı bir neçə aspektdən şərh edib:
“1. Trampın Zelenskiyə qarşı pis münasibətinin səbəblərindən biri aradan qalxır. Zelenski ABŞ-la Böyük Razılaşmanı imzalamağı rədd etmişdi. İndi Zelenski imzaladı;
2. Tramp Rusiyanın Zelenskinin istənilən sülh müqaviləsinə imza atmasının qeyri-legitimliyi ilə bağlı bəyanatlarını kəskin tənqid edir. Bu, Böyük Razılaşmanın da qeyri-legitim olduğu anlamına gəlmir?
3. ABŞ özünü Ukraynanın “həmsahibi” kimi görməyə başlayır. Buna görə də onlar özlərini Ukraynaya müsbət yanaşan mövqedən göstərəcəklər;
4. ABŞ Ukraynada sülhə daha çox maraqlı olacaq. Çünki Fond yalnız sülh şəraitində real gəlir əldə etməyə başlaya bilər;
5. Tramp Ukrayna müharibəsinə yeni xərclərin əsaslandırılması mexanizmini yaradıb. İndi bu, pulun sadəcə zibilə atılması deyil, Ukraynanın borcu və ABŞ-ın gələcək mənfəətlərə yatırımıdır;
6. Yəni ABŞ və Ukrayna arasındakı Böyük Razılaşmanın imzalanması Rusiyanın sülh danışıqları vasitəsilə məqsədlərinə çatmağını çətinləşdirəcək;
7. Rusiyanın qarşısında daha sərt seçim olacaq: ya mövqelərini təslim edəcək, ya da müharibəni davam etdirəcək;