• 02 May 2025 07:39

Ermənistanın Cənubi Qafqazda Çinlə münasibətləri ən aşağı səviyyədə olan ölkədir.

“Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədləri bağlı qalsa, Ermənistanın Çin-Cənubi Qafqaz, Çin-Mərkəzi Asiya, Xəzər dənizi-Avropa tranzit dəhlizləri üçün marşruta çevrilə bilməyəcəyi göz qabağındadır. Lakin bütövlükdə Cənubi Qafqazın böyük tranzit layihələrinin bir hissəsinə çevrilməsi üçün regionda sabitliyin olması vacibdir”, erməni siyasi təhlilçi Benyamin Poghosyan belə deyir.

 

O bildirir ki, siyasi baxımdan Ermənistanın Cənubi Qafqazda Çinlə münasibətləri ən aşağı səviyyədə olan ölkədir. Rəsmi Pekin isə Ermənistanın qonşuları olan Azərbaycan və Gürcüstanla strateji tərəfdaşlıq sazişləri imzalayıb.

 

Politoloq qeyd edir ki, hazırda Çin və ABŞ arasında gərginlik artır. Belə bir şəraitdə Çinlə oxşar müqavilənin imzalanmasının Ermənistana fayda verib-verməyəcəyini söyləmək çətindir. Yaxşı olardı ki, bu müqavilə Trampın seçilməsindən əvvəl həyata keçəydi…

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər