Konfrans Liqasında yarım final oyunları olacaq.
Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək.
Hər iki matç eyni saatda başlanılacaq.
İspaniyada “Betis” İtaliya “Fiorentina”sını qəbul edəcək. İngiltərə “Çelsi”si isə İsveçdə “Yurqorden”in qonağı olacaq.
Qeyd edək ki, yarımfinalın cavab matçları mayın 8-də keçiriləcək.
Konfrans Liqası, 1/2 final, ilk oyunları
1 may
23:00. “Betis” (İspaniya) – “Fiorentina” (İtaliya)
23:00. “Yurqorden” (İsveç) – “Çelsi” (İngiltərə)