Zelenski Arestoviçə sanksiya tətbiq etdi
Ukrayna prezidenti Vladimir Zelenski Prezident Ofisi başçısının keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Həmçinin Ukraynanın tanınmış politoloqları, jurnalistləri və bloqçuları da sanksiyalara məruz qalıb.
Tacxeber.com xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sənəddə bildirilir ki, Arestoviç, xüsusən də Ukraynanın dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq, ticarət əməliyyatları aparmasına qadağa qoyulacaq.