• 03 May 2025 08:13

Braziliya prezidenti Vladimir Zelenski ilə görüşməkdən nə üçün imtina edir?

Ukrayna prezidenti Vladimir Zelenski bir il səkkiz aydır ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya görüş üçün təkliflər göndərir.

 

Ümumilikdə ən azı altı məktub göndərilib, hamısı cavabsız qalıb. Bu barədə “Metropoles” adı açıqlanmayan ukraynalı diplomata istinadən xəbər verir. “Biz ona (Lula da Silva) istədiyi kimi hər həftə yeni dəvətlər göndərməyəcəyik”, – nəşrin mənbəsi bildirib.

 

Braziliya prezidentinə göndərilən məktublardan ikisi Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq sammitlərə dəvət olub. Cənab da Silva ad günündə, 27 oktyabr 2023-cü ildə daha bir məktub alıb. 2024-cü ilin payızında Ukrayna prezidenti braziliyalı həmkarına G20-nin Rio-de-Janeyroda keçiriləcək sammitində görüşməyi təklif edib. Braziliya tərəfi tədbiri aclıq və yoxsulluqla mübarizəyə və davamlı inkişafa həsr etdiyindən toplantı üçün qeyri-münasib hesab edib. Nəticədə Ukrayna sammitdə təmsil olunmayıb.
Lula da Silva Qələbə Günü üçün Moskvaya səfər etmək niyyətini bildirdikdən sonra Kiyev Rusiyadakı tədbirdən əvvəl onu Ukraynaya gəlməyə dəvət edib. Bununla belə, Ukraynaya səfər Braziliya prezidentinin planlarına daxil edilməyib, – qəzet qeyd edir.

Tacxeber.com

Oxşar xəbərlər