• 02 May 2025 23:43

Burun spreyindən asılılığın hansı təhlükəli nəticələri ola bilər?

Soyuqdəymə və burun axması zamanı bir çox insan burun tıxanıqlığından tez xilas olmaq üçün damarları daraldan damcılardan və spreylərdən istifadə edir. Lakin bu cür vasitələrdən qeyri-düzgün və uzunmüddətli istifadə sağlamlıqla bağlı ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

Tacxeber.com-ın xəbərinə görə, bu barədə rusiyalı otorinolarinqoloq Viktoriya Rudenko KP.ru saytına müsahibəsində danışıb.

“İnsan burunun selikli qişasının şişkinliyini azaltmaq üçün damcılardan istifadə edir, lakin əvəzində o, daha da böyüməyə davam edir. Bu da hipertrofik proseslərə gətirib çıxarır ki, bu zaman aşağı burun çanağı həddindən artıq böyümüş olur”, – deyə mütəxəssis bildirib.

Əgər insan damcılardan asılı vəziyyətə düşürsə, onlardan istifadə etmədiyi zaman eşitmə borusunda şişkinlik yaranır və nəticədə eşitmə zəifləyir. Viktoriya Rudenko bildirib ki, ağırlaşmış hallarda problemdən yalnız cərrahi müdaxilə, məsələn, radiodalğa koaqulyasiyası vasitəsilə xilas olmaq mümkündür. Bu zaman burnun böyümüş toxuması səliqəli şəkildə yandırılır.

Vəziyyətin əməliyyata qədər çatmaması üçün həkim damarları daraldan damcılardan imtina etməyi tövsiyə edir. İmtina müddətini asanlaşdırmaq üçün burunun yuyulması, nəmləndirici vasitələrdən istifadə, şişkinliyi və tıxanıqlığı aradan qaldırmaq üçün antihistamin preparatlar, həmçinin yerli hormonal iltihabəleyhinə vasitələrdən istifadə etmək məsləhət görülür.

Tacxeber.com

Oxşar xəbərlər