• 03 May 2025 10:22

Çempionlar Liqasının tarixində görünməmiş hadisə 

Çempionlar Liqasının tarixində görünməmiş hadisə 

2025/26 mövsümündə Çempionlar Liqasının bütün tarixi ərzində görünməmiş hadisə yaşana bilər.

 

Növbəti mövsüm ÇL-in Liqa mərhələsində 5 komanda ilə oynamaq hüququnu artıq təmin etmiş İngiltərə yarışa əlavə – 6-cı komandanı da göndərməyə çox yaxındır.

Məsələ burasındadır ki, İngiltərənin iki klubu – “Mançester Yunayted” və “Tottenhem” dünən Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçlarında uğurlu nəticələr əldə etməklə finalın qapısını aralayıblar.

 

“Mançester Yunayted” səfərdə “Atletik” Bilbaoya 3:0, “Tottenhem” isə öz meydanında “Bodo/Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, finalda iki ingilis komandasının qarşılaşma ehtimalı daha yüksəkdir.

Qaydalara əsasən, Avropa Liqasının qalibi yeni mövsümdən birbaşa Çempionlar Liqasının Liqa mərhələsində iştirak edir. Bu o deməkdir ki, kubok İngiltərəyə gedəcəyi halda yeni mövsüm bu ölkə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq.

 

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında mövsümün başa çatmasına 4 tur qalmış ÇL-də oynamağa imkan verən ilk 5 yeri müvafiq olaraq “Liverpul”, “Arsenal”, “Nyukasl”, “Mançester Siti” və “Çelsi” tutur.

“Mançester Yunayted” 14-cü, “Tottenhem” isə 16-cı pillədədir. Onlar Çempionlar Liqasına Premyer Liqa yolu ilə getmək şansını tam itiriblər. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər