Donald Tramp ona impiçment tətbiq etməyə çağıran demokrat konqresmenləri “PSİX” adlandırdı
ABŞ prezidenti Donald Tramp Demokratların impiçment təşəbbüsünə cavab olaraq onların hərəkətlərini “absurd” adlandırıb.
Tacxeber.com bildirir ki, bu barədə o, mayın 2-də özünün “Truth” Social sosial şəbəkəsində yazıb. Tramp deyib ki, demokratlar “nəzarətdən çıxıb” və təkcə siyasi təsirlərini deyil, həm də sağlam düşüncələrini itiriblər. O, “psix” adlandırdığı iki az tanınan Demokratik konqresmenin heç bir aydın hüquqi əsas olmadan 20-ci impiçment cəhdini başlatdıqlarını söyləyib.
“Onlar mənim nəyə görə impiçment oluna biləcəyimi bilmirlər. Bəlkə də özlərinin məhv etdiklərini: sərhədi, inflyasiyanı, Əfqanıstanı, Ukraynanı, İsraili düzəltməyə çalışdıqlarına görə…” – Tramp deyib.
Siyasətçi demokratları ölkənin “sağlanmasına” imkan vermək istəməməkdə ittiham edib və respublikaçıları impiçment təşəbbüskarlarını Konqresdən qovmaq barədə düşünməyə çağırıb. “Niyə biz onlara ölkəni xilas etməyə çalışan prezidentə qarşı impiçmentdən silah kimi istifadə etməyə icazə veririk? – Ağ Evin rəhbəri yazıb.