“Nazir müavini bunu kimə deyir? Mənə? Mən tədbiq etməliyəm?” – Natiq Cəfərli

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, sitat: “Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir”.
Məmurların bu tipli açıqlamalarını görəndə insan mat-məətəl qalır, nazir müavini bunu kimə deyir? Mənə? Mən tədbiq etməliyəm? Kimə, kimdən şikayət edirlər? Səlahiyyət sizdə, qanun sizdə (parlamentdə çoxluq, yəni), qərar sizdə – tədbiq edilməlidirsə, edin, daha bunu mənə-ictimayyətə niyə deyirsiniz ki?!
Hə, əgər etiraf edirsiniz ki, edilməlidir, amma edə bilmirik, yolunu tapmırıq, bacarmırıq, gəlin kömək edin – bu başqa məsələ, eləcə də deyin, ölkədə bu məsələdə fikri, təklifi olanları toplayın, qulaq asın, qeydlər aparın, sonra da tədbiq edin…