“Vaşinqtonla Kiyev arasında imzalanan “resurs anlaşmasının” taleyi sual altında qalacaq?” – Elxan Şahinoğlu

ABŞ Ukrayna ilə “resurs anlaşmasını” imzaladıqdan sonra məntiqlə müharibəni sona çatdırmaq və ya uzunmüddətli atəşkəsə nail olmaq üçün səylərini artırmalıdır. Çünki, gərək sülh olsun ki, ABŞ Ukrayna ərazisində resursların istimarına başlaya bilsin. Ancaq saziş imzalandıqdan sonra Vaşinqtondan fərqli açıqlamalar gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar bundan sonra Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yerinə yetirməyəcək.