“Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki…” – Quliyevdən ŞOK sözlər
“Məscid Azərbaycan xalqı üçün ritual deyil. Bir çox yerlərdə dini məbədlər ritual xarakter daşıyır. ABŞ-də, Avropada əhalinin 20-30 faizi şənbə-bazar günü kilsəyə gedir. Bizdə isə ritual kimi deyil, insanlar məscidlərə ürəkdən gedir”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Müsavat TV-yə müsahibəsi zamanı Rəsul Quliyev deyib. O qeyd edib ki, məscidləri söküb yerinə məktəb tikmək fikri “kolxoz” düşüncəsidir:
“Azərbaycanda təhsilin inkişafı üçün məktəblərin sayını artırmaq lazımdır, burası heç. Müzakirə olunmur və belə də olmalıdır. Amma məscidlərin sökülməsi fikri axmaq fikirdir.
Düzdü, Türkiyə kimi hər kənddə 10 ədəd məscid tikmək lazım deyil. Amma olan məscidləri çox yaxşı vəziyyətdə saxlamaq lazımdır.
Şeyxülislam Hacı Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki, yığılan pulları məscidlərin abadlaşdırılmasına sərf elə. Hökumət bura pul ayırmamalıdır. Camaat gedib ora pul verir. Sən bu pulu götürüb yeməli deyilsən ki.