• 04 May 2025 21:43

Həbsdəki jurnalist Nurlan Libre aclığa başladı.

Siyasi motivlərlə həbs edilən jurnalist Nurlan Libre Media Azadlığı günündə aclıq aksiyasına başlayıb. O, 33 gündür həbsxanada aclığını davam etdirən Tofiq Yaqubluya dəstək amacı ilə bu qərara gəldiyini açıqlayıb:

 

“Mən müstəqil jurnalist, “Portağal Media” xəbər kanalının təsisçi direktoru Nurlan Libre (Qəhrəmanlı) 3 may – Ümumdünya Mətbuat Azadlığı Günündə siyasi məzmunlu həbslərə etiraz etmək və Tofiq Yaqubluya həmrəylik məqsədilə aclıq aksiyasına başlayıram və ağzımı iynə ilə tikəcəyəm. Ağız tikmək simvolik aktdır. Bununla mən dövlətə məni özümdən başqa heç kimin susdura bilməyəcəyini bəyan edirəm!”

 

Jurnalist Əfqan Muxtarlınınn yaydığı məlumata görə, həbsdə olan jurnalist Teymur Kərimov da aclıq aksiyasına başlayır.

Hakimiyyət Tofiq Yaqublunu azad etməkdən həm də ona görə çəkinirdi ki, bundan sonra başqa siyasi məhbuslar eyni tələblə aclığa başlaya bilər. Amma başladılar artıq. Tofıq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq!

 

Tacxeber.com

Oxşar xəbərlər