• 03 May 2025 22:47

Hamının pulunu kəsən Tramp NASA üçün “kisənin ağzını açdı”

ABŞ Prezidenti Donald Tramp NASA proqramlarına 8 milyard dollardan çox vəsait ayıracaq.

 

Tacxeber.com xəbər verir ki, 2026-cı il büdcəsi çərçivəsində Tramp NASA-nın Ay və Marsın tədqiqi ilə bağlı proqramlarına 8 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

 

Bu barədə Ağ Evin cümə günü dərc etdiyi federal büdcə layihəsində deyilir. Layihə Ayın və Marsın tədqiqinin sürətləndirilməsinə diqqət yetirməklə ABŞ-ın kosmik proqramı üçün maliyyənin əhəmiyyətli dərəcədə artırılmasını təklif edir.

 

NASA-nın Çindən öncə Aya getmək məqsədi daşıyan missiyasına 7 milyard dollardan çox vəsait tələb olunur. Bundan əlavə, Marsa insan göndərmək məqsədi daşıyan uzunmüddətli proqramların həyata keçirilməsi üçün əlavə 1 milyard dollar investisiya nəzərdə tutulur.

 

Sənəddə vurğulanır ki, ABŞ-ın kosmosun tədqiqində liderliyini bərpa etmək milli təhlükəsizlik strategiyasının elementidir.

 

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra bir çox qurumun büdcəsini azaldıb.

Tacxeber.com

Oxşar xəbərlər