Məzahir Pənahovun oğlu arvadının qızıllarını və bahalı geyimlərini də əlindən alıbmış…

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib.
Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib.
H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək, iddia tələbinin rədd edilməsini istəyib.
Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.
Tərəflər arasında başqa bir çəkişmə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmaya razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı şubalar və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq.
Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apellyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib.