Paşinyan rəhmətlik Vəzirovu xatırlatdı…-VİDEO
“Gördüm ki, hamamdan istifadə etmirlər, zəhmət olmasa bunu təşkil edin…”
Ermənistanın Lori vilayətinin Stepanavan şəhərində 3 nömrəli ibtidai məktəb tikilib istifadəyə verilib.
Tacxeber.com “Armtimes” nəşrinə istinadla xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan məktəbə baş çəkib və tamamlanan işlərlə tanış olub.
Məlumata görə, erməni hökuməti məktəbin tikintisinə 1 milyard 543 milyon dram vəsait ayırıb.
Paşinyan məktəbi gəzərkən hamamdan istifadə edilmədiyini diqqət edib. O bunu məktəb direktoruna irad tutaraq belə deyib:
“Gördüm ki, hamamdan istifadə etmirlər, zəhmət olmasa bunu təşkil edin…”