Si Cinpin Rusiyaya rəsmi səfər edəcəyi gözlənilir.

Çin Xalq Respublikasının sədri Si Cinpin 7–10 may tarixlərində Rusiya Federasiyasına rəsmi səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində iki ölkə liderinin hərtərəfli tərəfdaşlıq münasibətlərinin və strateji əməkdaşlığın inkişafı, eləcə də beynəlxalq və regional gündəmdəki aktual məsələləri müzakirə edəcəyi gözlənilir.
Tərəflər arasında bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.
Çin liderinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə də iştirak edəcəyi gözlənilir. (Teleqram)