Putinin təqdim etdiyi məhsul rekord sayda satıldı
Rusiya Prezidenti Vladimir Putinin özü haqqında sənədli filmin çəkilişi zamanı təqdim etdiyi kefir mağaza rəflərində qalmayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə kp.ru yazır.
Bildirilir ki, prezidentin iqamətgahında soyuducudan çıxardığı kefir cəmi bir gündə ruslar tərəfindən marketlərdən rekord sayda alınıb.
Nəşr qeyd edib ki, həmin süd məhsulu Ryazan vilayətində “EcoVakino” şirkəti tərəfindən istehsal olunur.