• 08 May 2025 01:30

Hindistan-Pakistan toqquşmasına Trampdan REAKSİYA: “Biabırçılıqdır” – VİDEO

ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasında yenidən başlayan döyüşlərə münasibət bildirib.

 

Tacxeber.com xəbər verir ki, Ağ Ev lideri vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

 

“Bu, biabırçılıqdır. Biz bunu indicə öyrəndik. Düşünürəm ki, insanlar tarixə nəzər salsaq, nəyinsə baş verəcəyini bilirdilər. Onlar uzun müddətdir ki, münaqişədədirlər. Ümid edirəm ki, bu, tezliklə bitəcək”, – Tramp deyib.

 

Qeyd edək ki, Kəşmirdə artan gərginlik fonunda mayın 6-sı axşam saatlarında Hindistan “Sindoor” hərbi əməliyyatına başladığını elan edib.

 

Əməliyyat çərçivəsində Pakistanın üç şəhərinə raket zərbələri endirilib, nəticədə çox sayda dinc sakin həyatını itirib. Pakistan isə buna cavab olaraq Hindistan hərbi infrastrukturuna zərbələr endirib.

Tacxeber.com

Oxşar xəbərlər