• 08 May 2025 02:29

Putindən ƏMR: Nüvə bombasına bənzər SİLAHLA HÜCUM – DAĞIDACAĞIQ!

Kreml hesab edir ki, Ukrayna mayın 9-da hərbi paradın təhlükəsiz keçirilməsi üçün Rusiya lideri Vladimir Putinin elan etdiyi üçgünlük atəşkəsə razı olmayacaq. Bununla əlaqədar Rusiya rəhbəri Müdafiə Nazirliyinə Ukraynaya “Oreşnik” ballistik raketi ilə zərbə endirmək üçün hədəfləri müəyyən etməyi tapşırıb.

 

Tacxeber.com Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Unian” agentliyi məlumat yayıb.

 

Agentlik yazır ki, Moskva Ukrayna PUA-larının Moskva və Rusiyanın digər regionlarına hücumlarını davam etdirməsindən narazıdır. Bununla bağlı Putin “həlledici cavab”ı nəzərdən keçirir.

 

Qeyd olunur ki, Putin Rusiya Müdafiə Nazirliyinə Ukraynaya ortamənzilli ballistik raketlərlə zərbə endirmək üçün hədəfi müəyyən etməyi tapşırıb. İlkin məlumata görə, hədəf kimi Kiyev seçilib.

 

“Görünür, atəşkəs olmayacaq”, – KİV bildirir.

 

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər