Rusiyada alovlarla bol olacaq iki gün.

Bizi “alovlu” 2 gün gözləyir, USQ Rusiyaya məxsus strateji obyektlərin havadan müdafiəsiz qaldığından istifadə etməlidir və etməyə başladı. 6 maydan 7 maya keçən gecə ərzində bu obyektlərə zərbələr endirilib:
Rusiya KİV-ləri xəbər verir ki, Saranskda Rusiyada yeganə optik lif sistemləri istehsal edən zavodda yanğın baş verib. Optik lifli dronların kəskin defisiti fonunda Saranskda yerləşən zavoda zərbə xüsusi önəm daşıyır.
Tula vilayətində “Rostex”ə məxsus “Splav” zavodu vurulub. Bu zavodda RYAS-lar(BM-21 “Qrad”, BM-27 “Uraqan”, BM-30 “Smerç”, “Tornado” və TOC-1A “Solntsepyok”) və onlar üçün sursatlar istehsal olunurdu.
Moskva vilayətində MiQ-29 və Su-27 qırıcılarının yerləşdiyi Kubinka hərbi bazasına zərbələr endirilib. Həmin bazada yerləşən “Rus Vityazları” və “Striji” qırıcı qrupları 9 May paradında iştirak etməliydi.
Kaluqa vilayətində yerləşən “Şaykovka” aerodromuna dronlarla zərbə endirilib.
Zərbələr Moskva ətrafı bölgəni də əhatə edib. Nəticədə, regiondakı demək olar ki, bütün hava limanları bağlanıb, bu da hava nəqliyyatına ciddi çətinliklər yaradıb.