• 08 May 2025 12:14

Uçuşlarının sayının çoxluğundan aviaşirkət ona verdiyi sözü tutmayaraq ömürlük bileti ləğv etdi.

Возможно, это изображение ‎1 человек, летательный аппарат и ‎текст «‎0 American مه‎»‎‎

Stiv Rotşteyn, “American Airlines” şirkətinin ömürlük uçuş icazəsi verən “Aairpass” biletinin sahiblərindən biri.

 

1981-ci ildə iflas ərəfəsində olan “American Airlines” şirkəti təcili maliyyə toplamaq üçün birinci dərəcəli salonda ömürlük uçuş icazəsi verən “Aairpass” biletlərini satışa çıxardı. Bu imtiyaza nail olmaz üçün təxminən 250 min dollar (2024-cü ilin kursu ilə 864 min dollara ekvivalent) ödəmək lazım idi. 150 min dollar müqabilində ömürlük yol yoldaşı bileti də almaq olardı.

 

“Aairpass” biletini 66 adam aldı, bunun sayəsində aviaşirkət təxminən 16,5 milyon dollar topladı. Onlardan biri də çikaqolu maliyyəçi, sahibkar Stiv Rotşteyn idi.

Stiv 1987-ci ildə özü üçün, iki il sonra da yol yoldaşı üçün bilet aldı. Yol yoldaşının kim olmasının əhəmiyyəti yox idi, ailə üzvü də ola bilərdi, qeyrisi də.

Əvvəllərdə zatən tez-tez təyyarədən istifadə edən Rotşteynin bundan sonra günü uçuşlarda keçdi. İşi oldu-olmadı, hər yerə uçurdu. Məsələn, qızı yazır ki, 7 yaşında atası onu ilk dəfə təyyarəyə mindirməyi qərara alır və həftəsonu keçirmək üçün Tokioya aparıb-gətirir. ABŞ-ın 30 ştatını gəzdirir.

 

Stiv ürəyi istəyəndə ABŞ-ın, Kanadanın və ya Avropanın istənilən şəhərinə uçub xoşladığı restoranda xoşladığı təamı yeyib qayıdır. O, 2008-ci ilə qədər “American Airlines”in birinci dərəcəli salonunda 10 minə yaxın uçuş həyata keçirir və şirkətə 21 milyon dollar ziyan vurur. Təxminən 1000 dəfə Nyu Yorka, 500 dəfə San Fransiskoya, 500 dəfə Los Ancelesə, 500 dəfə Londona, 120 dəfə Tokioya, 80 dəfə Parisə və başqa şəhərlərə uçur.

2008-ci il dekabrın 13-də dostu ilə Sarayevoya uçmaq üçün Çikaqo hava limanına gələn Rotşteynə bildirilir ki, “American Airlines” şirkəti onunla 1987-ci ildə bağladığı müqaviləyə son verib.

 

Bundan sonra tərəflər məhkəməyə müraciət edirlər. “American Airlines” bildirir ki, Stiv Rotşteyn dəfələrlə yer bron edib, amma uçmayıb və bununla şirkətə həmin yeri satmağa imkan verməyərək ziyan vurub. Bəzən yol yoldaşı olmadığı halda yanındakı kreslonu da bron edib, oranı boş saxlatdırıb, ya da əl baqajını qoyub. Bəzən aeroportda tanımadığı adamlara yaxınlaşıb. Bilet almayanlara yanında uçmağı təklif edib və ya ekonom salona bilet alanları birinci dərəcəli salona keçirib. İnsafən, bunu tamah məqsədilə etməsi sübut olunmur. Aviaşirkətin hesabına yaxşılıq edirmiş və ya, bizim deyimdə deyildiyi kimi, hamam suyu ilə dost qazanırmış.

 

Stiv Rotşteyn də cavab verir ki, “Aairpass” alan zaman onun qarşısında bir şərt qoyublar: onun biletindən başqası istifadə edə bilməz. O da bu şərti pozmayıb.

Çəkişmə tərəflərin 2012-ci ildə məhkəmədənkənar razılşaması ilə başa çatdı. Razılaşma məxfi idi. Buna görə də şərtlərinin nədən ibarət olması bilinmədi. Amma ömürlük uçuşlar dayandırıldı.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər