Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT – Kampaniya başladılıb FOTO

Hindistan mediasında son günlər Azərbaycana və Türkiyəyə qarşı açıq şəkildə yönəlmiş boykot çağırışları və təxribat xarakterli materiallar müşahidə olunur. Bu çağırışlar Hindistanın Cənubi Qafqaz siyasətində getdikcə daha çox qərəzli mövqe tutduğunu göstərir.
Hindistanın Ermənistana müasir və öldürücü silahlar satması regionda sülh və sabitliyi təhdid edən əsas amillərdən biri hesab olunur. Bu addımlar revanşist dairələrin ruhlanmasına, Ermənistanın təxribatçı ritorikasının güclənməsinə xidmət edir.
Eyni zamanda, erməni lobbilərinin Hindistanda fəaliyyətini gücləndirdiyi və yerli ictimaiyyəti Azərbaycana qarşı mənfi rəyə təşviq etdiyi də müşahidə olunur. Ekspertlər bu əməkdaşlığın geosiyasi baxımdan təhlil edilməli olduğunu və belə cəbhəleşmələrin regional sabitliyə ciddi zərbə vuracağını bildirirlər.