Rusiyadakı azərbaycanlılar üçün QARA GÜNLƏR başlayır – hüquqşünasdan şok XƏBƏRDARLIQ VİDEO
Artıq bundan sonra Rusiyaya getmək üçün bilet almaq kifayət etməyəcək. İyunun 30-dan etibarən əcnəbilər Rusiyaya getmək üçün ölkəni 72 saat əvvəldən xəbərdar etməlidir.
Əgər elektron formada həmin şəxsin ölkəyə gəlişinə icazə verilərsə, ona xüsusi kod təqdim ediləcək. Hətta vizaya sahib olanlardan da icazə tələb olunacaq. Yalnız kodla iş bitmir. Nəzarətdə olanların reyestrinə kobud şəkildə qanun pozanlarla yanaşı, qanuna riayət edən xarici vətəndaşlar da düşə bilər. Tələbələr, vaxtlı-vaxtında patentlə işləyənlər, müvəqqəti yaşayış icazəsi olanlar da bu reyestrə düşə bilirlər. Həmin şəxslər reyestrdən vaxtında çıxarılmazsa, deportasiya olunacaqlar.
Onu da qeyd edək ki, 2025- ci ildən etibarən Rusiyanın sərhəd keçid xidmətinin əməkdaşları xarici vətəndaşlarda dövlət təhlükəsiz xidmətinə təhdid görərələrsə, telefonlarını yoxlayırlar. Rusiya əleyhinə video, ya da sayta giriş aşkarlanarsa, həmin şəxslərin ölkəyə daxil olmasına qadağa qoyula bilər.
Görünən odur ki, artıq Rusiya ərazisində nəinki qeyri-qanuni miqrantlarla bağlı, hətta icazəsi olan xarici vətəndaşlarla bağlı da sərt qərarlar verilmkdədir. Hüquqşünas Ramil Süleymanov “TV Müsavat”ın qonağı olub, bir sıra hüquqi məsləhətlər verib.