Zelenski: Hər bir işğalçı sonunda torpaqlarımızı tərk edəcək!
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə sülh və əmin-amanlığın təmin olunması üçün mübarizə apardıqlarını bildirib.
Tacxeber.com xəbər verir ki, Zelenski İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün paytaxt Kiyev küçələrində gəzərkən videomüraciət paylaşıb.
Bu günün nasizm üzərində qələbə günü kimi qeyd olunduğunu qeyd edən Zelenski İkinci Dünya Müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini bildirib.
O, Rusiyanın təxminən 3 il əvvəl Ukraynaya qarşı müharibəyə başladığını xatırladaraq: “Təəssüf ki, 3 il əvvəl də eyni şey təkrarlandı. Elə o vaxt olduğu kimi, Kiyev səmasında hava hücumu sirenləri səsləndi və torpaqlarımıza yenidən şər endi” deyib.