• 09 May 2025 20:36

Avropa Liqasıında ingilislərin finalı olacaq.

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

 

“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.

Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.

 

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

 

23:00. “Budyo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) – 0:2

İlk oyun – 1:3.

 

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) – 4:1.

İlk oyun – 3:0.

 

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.

 

Tacxeber.com

Oxşar xəbərlər