Ceyhun Mirzəyevin yeganə övladı ACINACAQLI VƏZİYYƏTDƏDİR – VİDEO

“Ögey ana”nın “İsmayıl”ı Ceyhun Mirzəyevin yeganə övladı acınacaqlı vəziyyətə düşüb.
Bizim.Media xəbər verir ki, onun görüntüləri “Bizimləsən” verilişində təqdim olunub.
Aparıcı Zaur Baxşəliyev deyib ki, Mirzəyevin qızı Cəmalə Moskvada küçədə yaşayır.
Onun Azərbaycanda evi olsa da, öz istəyi ilə ölkədən çıxıb. Hətta Zaurun iddiasına görə, Cəmalə Rusiyada yaşayan həmvətənlərimizin köməyini də qəbul etmir.