Abbasdan Trampa RƏDD CAVABI – “Yaxın Şərq Rivierası” yaradıla bilməz
Fələstin Milli Administrasiyası (FMA) ABŞ prezidenti Donald Trampın Qəzza zolağının abadlaşdırılması planına qarşıdır.
Tacxeber.com xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin rəhbəri və Fələstin Prezidenti Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
“Biz fələstinlilərin öz ərazilərindən kənarda didərgin salınmasının əleyhinəyik və Qəzzada “Yaxın Şərq Rivierası”nın yaradılmasını istəmirik – biz bu planı qəbuledilməz hesab edirik, ona görə də onu rədd etdik”, – o deyib.
FMA liderinin sözlərinə görə, Fələstin Muxtariyyəti də Qəzzanın ABŞ administrasiyasının nəzarətinə verilməsi ideyasına qəti şəkildə qarşıdır. O vurğulayıb ki, amerikalıların və ya digər əcnəbilərin Qəzza zolağına rəhbərlik etmək hüququ yoxdur.