ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem

Kristi 1971-ci il noyabrın 30-da Cənubi Dakota ştatında doğulub. Universitetdə politologiya üzrə bakalavr dərəcəsinə yiyələnib. 2011-2019-cu il Nümayəndələr palatasının üzvü, 2019-2025-ci illərdə Cənubi Dakota ştatının qubernatordu olub.
Cənubi Dakotanın ilk qadın qubernatoru və sadiq trampçı olan Kristi Noem əvvəllər vitse-prezidentliyə namizəd hesab olunurdu. Lakin “Geriyə yol yoxdur: siyasətdə nə düzgün deyil və Amerikaya necə yol göstəririk” adlı kitabında 20 il əvvəl sözə baxmayan bir iti və qoca bir keçini güllələdiyini etiraf etdikdən sonra namizədlik şansı əldən getdi. Onun yerinə J.D. Vens namizəd seçildi.
Trampın prezidentliyinin ilk ayında Noemin nəzarətində olan Miqrasiya Polisi (ICE – Immigration and Customs Enforcement) 37 660 nəfəri deportasiya etdi — bu, Bayden dövründəki aylıq orta göstəricidən 20 min nəfər az idi. Bundan sonra ICE rəhbərliyi istefaya göndərildi.
Mart ayının sonunda Noem Salvador həbsxanalarını ziyarət etdi — burada ABŞ-dan deportasiya olunmuş terrorçuluqda şübhəli bilinən şəxslər saxlanılır. O, barmaqlıqlar arxasındakı məhbusların fonunda 50 min dollar dəyərində Rolex saatı taxaraq fotosessiya keçirdi.