• 20 May 2025 03:55

Hörmətli yeni gələn klubların rəhbərləri, bəhanələrinizə yer yoxdur.

Azərbaycanda ot örtüyü deyiləndə yada düşən ilk və elə ən yaxşı, ən güclü mütəxəssis Fil Şarplsa müraciət elədim. Soruşdum ki, “İmişli və ya Yevlax stadionlarında ot örtüyünü hazır etmək nə qədər vaxt aparar?”.

 

Cavabı belə oldu: “Ot örtüyünü dəyişmək və oyun oynanılmasına hazır vəziyyətə gətirmək 3 ay çəkir. Görüləcək işdən, meydançanın xüsusiyyətindən asılıdı. Bəzən buna 6 həftə – ayyarıma da nail olmaq olur. Başqa vaxtlarda 3 ay”.

 

Odur ki, hörmətli yeni gələn klubların rəhbərləri, bəhanəyə yer yoxdu. Bu gün mayın 9-du. Elə bu gün başlasaz, avqustun 9-da bu iş bitə bilər. Uzaqbaşı danışıb bir turu səfərdə oynayarsız, bu da ümumi 3 tur edər, milli fasiləni də üstünə gəlsək, ayyarım bu da burdan qazanarsız. 5 aya nəinki qazonu, ümumilikdə stadionu “söküb-yığmaq” olar.

 

Qalır bunu eləmək, eləməyi istəmək. İstək də puldu, varınızdı. Dəhşətli bir rəqəm deyil. Onsuz da AFFA-nın verəcəyi pul yetərincə yaxşı məbləğdi, ordan götürüb yerinə qoymaq olar. İlk imkandaca qaçıb Bayıla gəlmək çıxış yolu deyil.

 

Kənan Məstəliyev

Tacxeber.com

Oxşar xəbərlər