• 11 May 2025 02:32

“İslama görə şahmat oynamaq haramdır!” – Elşad Miri

Lakin hansı İslama görə? Allahın göndərdiyi İslama görə, yoxsa özlərindən din uydurub adını İslam qoyanalara görə? Cəmiyyət arasında vəhabi adlandırılanlara görə də şahmat oynamaq haramdır. Qeyd edim ki, vəhabi adlandırılanlar özlərinə əhli-sünnə, sələfi və hədis əhli deyirlər.

 

Bu gün Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı da rəsmi olaraq şahmatı qadağan edib. Təsəvvür edin, “Taliban” hərəkatı sələfilərdən fərqli olaraq mülayim olan Hənəfi məzhəbinə mənsubdurlar. Nəzərə alın ki, hənəfilər digər məzhəblərlə müqayisədə daha tolerantı olaraq qəbul edilir. Bir nüansı da qeyd edim ki, Türkiyədəki müsəlmanların da böyük əksəriyyəti hənəfi məzhəbinə mənsubdurlar… Məzhəblərin niyə təhlükəli olduğunu deməyimi siz özünüz düşünün.

 

“Taliban” hərəkatı bu oyunun İslam normalarına zidd olduğunu bəyan edib. Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.

“Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı bir fəaliyyət olmayıb. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk ediblər. Bəzi vilayətlərdə şahmat tamamilə qadağan olunub”, – deyə Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi deyib.

 

Şahmat oynamaq üçün fikirləşmək, düşünmək, ağıl işlətmək lazımdır. Şahmatı haram bilənlərə görə ağıla və məntiqə ehtiyac yoxdur. İstəsəniz, şahmatın haram olduğuna inananlardan soruşa bilərsiniz.

İslamda isə, İslamın yeganə mənbəyi olan Quranda belə bir haram yoxdur. Allahın dinində belə bir haram ola da bilməz.

 

Elşad Miri

Tacxeber.com

Oxşar xəbərlər