Makrondan Putinlə bağlı sərt açıqlama: Onun əsas məqsədi…
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin sülhün tərəfində olmadığını və bunun əksini düşünənlərin yanıldığını bildirib.
Tacxeber.com xəbər verir ki, onun Polşanın baş naziri Donald Tuskla keçirdiyi mətbuat konfransında dediyi sözləri “Le Monde” nəşri yayıb.
“Prezident Putin sülh tərəfdarı deyil, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır”, – Fransa prezidenti deyib.