• 10 May 2025 06:32

“Nürnberq” bugünkü oyunda Mahirə belə təşəkkür etdi  – Şəkil

Almaniyanın “Nürnberq” klubu futbolçusu Mahir Emreliyə təşəkkür edib.

 

2-ci bundesliqanın 33-cü turunun bu gün “Köln”ə qarşı ev matçından əvvəl Emreliyə və mövsümün sonu komanda ilə yolları ayıracaq bir neçə digər futbolçuya xatirə hədiyyəsi təqdim olunub.

Hədiyyələrdə futbolçuların çərçivəyə salınmış rəsmi həkk olunub. “Nürnberq” bununla bağlı şəkli sosial media hesabında “Danke, Mahir” (Təşəkkür, Mahir) sözləri ilə paylaşıb.

 

Qeyd edək ki, “Nürnberq” – “Köln” matçı 1:2 hesabı ilə başa çatıb. M.Emreli əsas heyətdə meydana çıxıb, 46-cı dəqiqədə isə Tina Kusanoviçlə əvəzlənib. O, bu görüşdə qol vura bilməyib.

Xatırladaq ki, M.Emrelinin müqaviləsi başa çatdıqdan sonra – bu mövsümün sonu “Nürnberq”dən ayrılacağını klub bu həftə rəsmən açıqlayıb. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər