Putin İlham Əliyevi öldürmək istəyir?

Ərəstun Oruclu deyir ki, İlham Əliyev Moskvaya uçmaqdan ehtiyat edir. Putin İlham Əliyevin təyyarəsini vura bilər. Ancaq Putin nədən İlham Əliyevi öldürtmək istəsin? Ərəstun Oruclunun bu suala cavabı yoxdur. O, zənn edir ki, bu səbəb gizli xarakter daşıyır. Ancaq bəlli bir səbəb var…
Ərəstun Oruclu iddia edir ki, Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalan Azərbaycan təyyarəsi ciddi zədə aldığı zaman İlham Əliyevin də təyyarəsi Rusiyanın Hava Məkanında olub.
Ərəstun bəy deyir ki, Vladimir Putinin nüfuzu ciddi şəkildə sarsılıb. O, keçmiş nüfuzunu bərpa etmək üçün hansısa bir ölkədə iqtidar dəyişikliyi etmək istəyir. Bizə bəlli olmayan səbəbdən Putin Azərbaycanda belə bir ssenari həyata keçirməklə öz gücünü bütün dünyaya göstərmək istəyir. Yəni mən o qədər də əldən düşməmişəm, hətta istədiyim ölkədə iqtidarı dəyişə də bilərəm…
Əlbəttə, Putin qatildir, özünə düşmən bildiyi yüzlərlə insanı ən qəddar üsullarla məhv edib. İlham Əliyevlə də bu və ya digər səbəbdən münasibətləri pozulsa, onu öldürməyə cəhd edə bilər…
Təbii ki, İlham Əliyev o qədər də sadəlövh adam deyil. Dünyanın bir sıra casus şəbəkələri, məsələn, İsrail, Britaniya, Türkiyə kəşfiyyatları ona kifayət qədər dəyərli məxfi məlumatlar ötürür. Əminəm ki, Rusiya məxfi orqanlarında da İlham Əliyevə işləyən müəyyən bir qrup var…
Ona görə də İlham Əliyev Vladimir Putinin hazırladığı sürprizlərə bəribaşdan hazır olur…
Ərəstun bəyin iddiasının həqiqət əmsalı nə qədərdir? Çətin sualdır. Ancaq fakt olan odur ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ürəkaçan deyil. Ancaq münasibətlər şəxsi zəmindəmi pisləşib, yoxsa bu, dövlət maraqlarıdan qaynaqlanır. Məsələn, dostlarımızdan biri deyir ki, Putin Rusiya vətəndaşı olan 10 mindən çox separatçı erməninin yenidən Qarabağa qayıtmasını tələb edir. Eyni zamanda Rusiya Xankəndində konsulluq açmaqda israrlıdır…