Trampın xüsusi nümayəndəsi Putinlə görüşdə protokolu pozdu: görün nəyi səhv edib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfərləri zamanı rusiyalı tərcüməçilər vasitəsilə Vladimir Putinlə əlaqə saxlayıb və bununla da protokolu pozub. Onu amerikalı mütəxəssis müşayiət etməyib.
Tacxeber.com xəbər verir ki, bu barədə administrasiyanın adlarını açıqlamayan nümayəndələrinə istinadən NBC telekanalı məlumat yayıb.
Bildirilib ki, xüsusi nümayəndə yüksək səviyyəli danışıqlar üçün öz tərcüməçilərinin istifadəsini tələb edən protokolu pozub. Uitkoff rus dilini bilmədiyi üçün onun tərcüməçisiz iştirakı suallar yaradıb.