• 11 May 2025 02:59

Ülviyyə Əlinin həbsdə səhhəti pisləşib

Ailəsi bildirir ki, “MeydanTV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əlinin vəziyyəti təcridxanada pisləşib.

 

Tacxeber.com xəbər verir ki, jurnalistin yaxınlarının AzadlıqRadiosuna dediyinə görə, o, saxlanılarkən zorakılığa məruz qalıb, aldığı zərbələrdən sonra jurnalist şiddətli baş ağrılarından şikayət edir və davamlı qusma halları yaşayır. Yaxınları onun təcili tibbi müayinəyə və kompüter tomoqrafiyasına ehtiyacı olduğunu bildirirlər.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

 

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Tacxeber.com

Oxşar xəbərlər