• 10 May 2025 06:02

Çin yalnız öz maraqlarını güdən, soyuqqanlı, hiyləgər, çox güclü və təhlükəli geosiyasi oyunçudur.

Возможно, это изображение 2 человека, Овальный кабинет и текст

Yoldaş Si Moskvadadır.

Çin Rusiya, ABŞ, Avropa, Ukrayna və digərləri ilə çoxvektorlu siyasət və oyun aparır ki, hər kəsdən siyasi-iqtisadi dividendlər və üstünlüklər əldə edə bilsin.

 

Çin Rusiyaya yardım edir və onu dəstəkləyir ki, onu özünə daha sıx şəkildə bağlasın. Eyni zamanda Çin Avropa və ABŞ-a nümayiş etdirir ki, Rusiya onun üçün bərabərhüquqlu müttəfiq deyil, “kiçik” və asılı tərəfdaşdır.

Çin Putinin Tramp ilə münasibətlərini qısqanclıqla izləyir. Məhz buna görə də Si Moskvada olarkən ritorikası kəskin anti-amerikan səciyyə daşıyır.

 

Lakin eyni zamanda Çin Rusiyaya birbaşa silah vermir (baxmayaraq ki, texnologiyalar təqdim edir və sanksiyaları yan keçməkdə kömək göstərir), çünki o, Ukrayna müharibəsində sülhməramlı və vasitəçi statusunu qorumağa çalışır.

Tramp isə öz ritorikası və vədlərinin girovuna çevrilib. “24 saata müharibəni dayandıracağam” deyən şəxs indi artıq təkcə Avropanı deyil, Çini və Türkiyəni prosesə cəlb etməyə çalışır. Çin Trampa Rusiya ilə danışıqlarda irəliləyiş vəd edə bilər, əvəzində isə, məsələn, tariflərin azaldılmasını tələb edə bilər.

 

ABŞ ilə ticarət müharibələrinə tab gətirə bilmək üçün Çin Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Lakin Avropa da öz növbəsində Çindən Rusiyaya təsir etməyi və müharibənin dayandırılmasına yardımçı olmağı tələb edir.

Beləliklə, Çin təkcə mürəkkəb bir şahmat oyunu oynamır, eyni zamanda bir neçə şahmat taxtasında paralel partiyalar aparır.

 

Buna görə də Çinin bəyanatlarına xüsusi əhəmiyyət verməyə dəyməz.

Si Moskvada olarkən müharibənin dayandırılmasını istəyir, lakin Rusiyanın şərtləri ilə (Putinin dili ilə desək, “münaqişənin əsas səbəbləri” aradan qalxarsa).

Avropalılarla görüşdükdə isə, müharibənin bitməsini və Ukraynanın suverenliyini beynəlxalq hüquq çərçivəsində dəstəklədiyini bildirir.

 

Nəticə etibarilə:

Çinin köməyinə dair illüziyalara qapılmayın, ona aldanmayın. Çin nə Ukraynanın dostudur, nə də başqasının. Bu, yalnız öz maraqlarını güdən, soyuqqanlı, hiyləgər, çox güclü və təhlükəli geosiyasi oyunçudur.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər