“Həkimlər iki il səhvən mənə ürək müalicəsi edib”
“15 ildir teardan ayrıldım. Mən və Zərnigar Atakişiyeva küsdük getdik. Xətrimə dəydilər. Teatrımızda rəhbər dəyişdi, hamını işdən çıxartdı ki, yeni kollektiv yığacağam. Bir gün teatra gedəndə qapıdan buraxmadılar. Sənəd verdilər ki, qol çək. Mən də küsdüm. Yaxşı ki, küsdüm. Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş”.
Bu sözləri Əməkdar artist Kubra Əliyeva “Geriyə baxanda” verilişində deyib. Aktrisa teatrdan getməsindən və onkoloji xəstəliyindən danışıb: