• 12 May 2025 13:20

Müharibə zamanı videosu ilə insanları güldürən qazimiz ata oldu – FOTO/VİDEO

Vətən müharibəsi iştirakçısı, qazi Əfqan Zamanov ata olub.

Tacxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

 

Bildirilib ki, qazinin qız övladı dünyaya gəlib.

 

Xatırladaq ki, müharibəyə könüllü yollanan Əfqan Zamanov Qubadlıda mühasirəyə düşərkən çəkdiyi yumoristik videosu ilə döyüşlərin ağır vaxtında insanları güldürməyi bacarmışdı. (Oxu.az)

Oxşar xəbərlər