• 12 May 2025 04:15

Putin Ukraynanın 30 günlük atəşkəs təklifini rədd etdi.

Putin Ukrayna ilə müharibəni davam etdirəcək-30 günlük atəşkəs təklifini rədd etdi.

 

Bu gecə Rusiya prezidenti Putin xüsusi bəyanatla çıxış etdi.

Bəyanatın bir hissəsi Ukrayna ilə müharibəyə aid oldu.

 

Diqqəti cəlb edən məsələlərdən biri Rusiya prezidentinin Xüsusi Hərbi Əməliyyat deyil, müharibə sözünü işlətməsi oldu.

Putin 9 May paradı ərəfəsi təklif etdiyi 3 gunlük atəskəsi uzatmaqdan imtina etdi.

 

Qərb ölkələrinin, o cümlədən ABŞ-in 30 günlük tam atəşkəs təklifini Putin qəbul etmədi.

Rusiya prezidenti Ukraynanı dəfələrlə atəşkəsi pozmaqda ittiham etməklə ölkəsinin müharibəni davam etdirməsinə haqq qazandırmağa çalışdı.

 

Həmişə olduğu kimi Putin Qərbi və Ukraynanı hec bir əsaslı arqument olmadan ittiham etməkdən çəkinmədi.

 

Putin özünü sülhpərvər kimi göstərmək oyununu bundan sonra da davam etdirmək fikrində olduğunu yenə də nümayiş etdirdi.Atəşkəsə getməməklə özünə qarşı beynəlxalq aləmdə labüd olaraq yaranacaq qəzəbi neytrallaşdırmaq üçün 2022-ci ildə yarımçıq qalmış İstanbul danışıqlarını davam etdirməyə razı olduğunu və belə danışıqların davam etdirilməsinə şərait yaradilması üçün Türkiyə prezidentinə müraciət edəcəyini bildirdi.

 

Başlıca nəticə odur ki,Putin Ukraynaya qarşı apardığı müharibədən əl çəkmək fikrində olmadığını göstərdi. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər