Putindən Ukraynaya TƏKLİF – Mayın 15-də İstanbulda…
Rusiya Prezidenti Vladimir Putin Kiyevə mayın 15-də İstanbulda danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.
Tacxeber.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Biz Ukrayna ilə ciddi danışıqlara sadiqik. Onların məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və tarixi perspektivdə uzunmüddətli, davamlı sülhün bərqərar olmasıdır”, – Rusiya lideri bildirib.
Prezident vurğulayıb ki, Rusiya tərəfi Ukrayna tərəfi ilə dialoqdan heç vaxt imtina etməyib. Dövlət başçısı həmçinin xatırladıb ki, 2022-ci ildə danışıqlar prosesini dayandıran Rusiya olmayıb.
Putin Kiyev hakimiyyətini 2022-ci ilin sonunda dayandırdıqları danışıqları bərpa etməyə çağırıb. Rusiya lideri vurğulayıb ki, bu, birbaşa danışıqların “ilkin şərt olmadan” bərpa olunması ilə bağlıdır.