Almaniya Makron və Mertsin Putinin təklifinə reaksiyasından qəzəblənib
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertsin döyüşlər tamamilə dayandırılana qədər Rusiya ilə Ukrayna arasında danışıqlara başlamamaq çağırışı çaşdırıcıdır.
Tacxeber.com xəbər verir ki, bununla bağlı “Handelsblatt”ın analitikləri yazıb.
“Amma niyə də olmasın? Bir çox müharibələrdə qətllər davam edərkən mümkün sülh haqqında söhbətlər başladı”, – materialın müəllifi bildirib.
Siyasi müşahidəçinin fikrincə, əgər Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş həqiqətən baş tutsa, Ukraynadakı silahlı münaqişənin həlli daha da sürətlənəcək.