Hindlilər iyrəndirən həyat tərzləri ilə necə olub ki, texnoloji sıçrayışa nail olublar?
Qanq çayı Asiyada ən uzun və hövzəsinə görə ən böyük, suyunun həcminə görə dünyada üçüncü və ən çirkli çaydır. Hindistanın su ehtiyatının 40%- i Qanqın payına düşür, həm də içməli su kimi. Çayın suyundan kənd təsərrüfatında gen-bol istifadə edilir. Onun sahil zolağında 500 milyon hindli yaşayır, tam əhalinin demək olar ki, yarısı.
Dünyanın hər yerindən onun sahilində yerləşən ölülər şəhəri Varanasini görməyə minlərlə turist gəlir.
Kremasiya olunmuş meyitlərin külünü, yandırılmayan meyitlərin özünü çaya buraxan hindlilər Qanqı həm də təmizləmədən birbaşa axıdılan sənaye tullantıları və… bioloji zərurətləri ilə zibilləyirlər. Çayın ikinci adı “nəcis və tullantılardan ibarət qəhvəyi şorba”dır.
Qanq mifologiyalara bağlandığından, hindlilər isə çox dindar olduqlarından çay sularında təmizlənmək üçün yüz minlərlə zəvvar Qanqa axışır. Və onun çirkliliyinə əhəmiyyət vermədən suya baş vururlar, hətta qurtumladırlar da.
Deyilənə görə suyun tərkibindəki oksigenin çoxluğu çayın öz-özünü təmizlənməsini təmin edir. Bir də tərkibindəki gümüş elementi onu hindlilər üçün mifologoyadan yana müqəddəs edib.
Deyirlər, ölkənin inkişafı həm də əhalisinin yaşam tərzilə qiymətləndirilir. Qanqın vəziyyəti çoxlu suallar yaradır: Ekspertlər Hindistanı miqyasının böyüklüyü ilə iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi qiymətləndirirlər. Ümumdünya bankının təhlilinə əsasən 2023-cü ildə ÜDM göstəricisinə görə üçüncü yeri tutur. Bu gün Hindistan haqqında danışanda onu inkişaf sürətinə və miqyasına görə yaxın gələcəkdə hətta Çini dünyanın əsas fabriki rolundan düşürə biləcəyini də proqnozlaşdırırlar. Bəs bu necə inkişaf edən ölkədir ki, öz təbiət fenomenini nəcislərin və tullantıların qəhvəyi şorbasına çevirib? Hindlilər iyrəndirən həyat tərzləri ilə necə olub ki, texnoloji sıçrayışa (proqram təminatı) nail olublar? Bu zehniyyətlə hindlilər dünyanın qlobal iqtisadi sistemində gələcək mühüm yerə necə sahiblənəcək?
Sizin yolunuz Hindistana düşsə, barmağınızın ucunu Qanqın suyuna salarsınızmı?