Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru vəzifəsindən AZAD ETDİ
“8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.
Tacxeber.com “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov əmr imzalayıb.
MMC-nin baş mühasibi Səmayıl Ramazanov quruma direktor əvəzi təyin edilib.