• 13 May 2025 01:37

Tramp hər şeyi “şallaqla” həll etmək istəyir.

Geosiyasət çox mürəkkəb çoxvektorlu, siyasi maraqları həyata keçirilməsi üçün incə siyasi gedişlər toplusudur. Geosiyasi səhnədə minlərlə nöqtəni birləşdirmək, alyanslar qurmaq, strategiya və taktika hazırlamaq tələb olunur.

 

Trampın bunları etmək nə intelektual, nə də siyasi potensialı yoxdur. Ona bu proseslər darıxdırıcı gəlir. Tramp hər şeyi bir həmlə ilə, “şallaqla” həll etmək istəyir. Amma heç nə alınmır və hər şey təbii olaraq geosiyasətdə olduğu kimi rutin mərhələyə keçir.

Trampın son 3 ayda geosiyasi səhnədə fəliyyət istiqamətləri bunlar idi:

 

Ukrayna və Rusiya

“Putin və Zelenskini bir masa arxasına oturdub razılaşdıracam”. Alınmadı, danışıq rutininə keçdi.

 

İsrail və İran

“İranı bombalayacam, onların nüvə proqramını məhv edəcəm”. Alınmadı, İsraili atdı, İranla nüvə proqramı üzrə rutin danışıqlar başladı.

 

Çin

“Çini tariflərlə əzəcəm, diz çökdürəcəm”. Alınmadı. Tariflərlə bağlı rutin danışıqlar başladı, geri addım atdı.

 

Kanada

Kanadanı ilhaq edəcəm. Alınmadı, tariflərlə bağlı rutin danışıqlar başladı, Trampın namizədi Pualyevr rəzil şəkildə seçkiləri uduzdu.

 

Qrenlandiya

Qrenlandiyanı ilhaq edəcəm. Alınmadı, Qrenlandiya əhalisi birmənalı olaraq bu fikri rədd etdi.

 

Geosiyasət daşınmaz əmlak alqı-satqısı deyil, razılaşmalar 5 dəqiqəyə baş tutmur və hər şeyi pulla həll etmək olmur. Trampın biznesmen təfəkkürü geosiyasətdə keçərli deyil.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər